Yeni Zelandiyada seçkilərbackend

Yeni Zelandiyada seçkilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyada insanlar iqtisadiyyatı yaxşılaşdırmaq, daha çox məşğulluq təmin etmək və təhsil imkanlarını yaxşılaşdırmaq vədləri fonunda ümumi seçkilərə başlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Radio New Zealand (RNZ) xəbərlərinə görə, 19 siyasi partiyanın qatıldığı ümumi seçkilərdə yerli vaxtla saat 09.00-da başlayan səsvermə prosesi saat 19.00-da başa çatıb.

Əsas yarışın hakim İşçi Partiyası ilə ana müxalifətdəki Milli Partiya arasında olacağı gözlənilən seçkilərdə ölkədə 3,8 milyon seçici parlamentdəki 120 yerə səs verib.

Beynəlxalq Valyuta Fondu (BVF) Yeni Zelandiyanın 2025-ci ilə qədər uzunmüddətli inflyasiya ilə üzləşə biləcəyi barədə xəbərdarlıq etdikdən sonra hər iki tərəf iqtisadiyyatı yaxşılaşdırmağa və inflyasiyanı nəzarət altına almağa söz verib

Hakim İşçi Partiyasının lideri Baş nazir Kris Hipkins tələbələrə təhsildə ən yaxşı imkanların yaradılması, gənclərə daha çox iş imkanı təklif edilməsi və yenidən seçiləcəyi təqdirdə minimum əmək haqqının artırılması kimi vədlər vermişdi. Ana müxalifət lideri Kristofer Luxon da seçkilərdə qalib gələrsə, vəzifədə olduğu ilk 100 gündə məktəblərdə mobil telefonların qadağan edilməsini istədiyini bəyan etdi və deputatların tətillərini qısaldacağını, vergilərin azaldılmasını və qadınlara süd vəzi xərçəngi müayinəsini pulsuz təqdim edəcəyini vəd etdi.