Yer kürəsində YENİ TƏHLÜKƏLİ VİRUS yaranacaq – ANONS VERİLDİbackend

Yer kürəsində YENİ TƏHLÜKƏLİ VİRUS yaranacaq – ANONS VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb.

Qebreyesus bu barədə Romada G20 maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib.

ÜST rəhbəri bildirib ki, Yer kürəsində yayılmasının qarşısını almaq qeyri-mümkün olan başqa bir virusun nə vaxtsa yaranması “bioloji baxımdan danılmazdır”.

“Bu pandemiyaya son qoysaq belə, yarana biləcək növbəti pandemiyaya hazırlaşmaq üçün bundan dərs çıxarmalıyıq”, – ÜST rəhbəri vurğulayıb.