Polşada yol patrulu barədə uzaq işıqlardan xəbərdarlıq məqsədilə istifadə edənlər cərimələnir.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.
Polşada polis yol patrulu barədə digər sürücülərə uzaq işıqları yandırıb-söndürməklə xəbərdarlıq edən avtomobilləri müəyyənləşdirmək üçün drondan istifadə etməyə başlayıb.
Polisin məlumatına görə, bir gün ərzində 71 avtomobil yoxlanılıb və 76 qayda pozuntusu aşkarlanıb. Onlardan 47 sürücü uzaq işıqlardan düzgün istifadə etmədiyinə görə cərimələnib.
Xuraman Etibarlı
İnterpress.az






