Yol polisi ilə mübahisə edən sürücünün şok əməlləri üzə çıxdı – VİDEObackend

Yol polisi ilə mübahisə edən sürücünün şok əməlləri üzə çıxdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkədə yol polisi ilə sürücü arasında baş verən hadisənin videosuna Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən münasibət bildirilib.

İdarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədəov Avtosfer.az-a açıqlmasında bildirib ki, yayılan videoya baxan zaman elə başa düşülür ki, sürücü tibbi maskadan istifadə etmədiyinə görə yol polisi onun barəsində tədbir görmək istəyir. Lakin bu heç də belə deyil.

Vaqif Əsədov qeyd edib ki, 99-DE-405 qeydiyyat nişanlı “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Xəlilov Taleh Hacıağa oğlu idarə etdiyi avtomobilin önünə təhkim edilmiş dövlət qeydiyyat nişanını çıxarıb yük yerinə qoyaraq avtomobili Badamdar şossesində qeydiyyat nişansız idarə edib. Avtomobilin qeydiyyat nişanı yerində olmadığına görə, həmçinin həmin nəqliyyat vasitəsi ilə törədilmiş xətalara görə ödənilməyən 772 manat cərimənin olmasına görə ərazidə xidmət aparan 99-YP-349 qeydiyyat nişanlı YPX avtomobilinin əməkdaşları sürücüyə saxla işarəsi verib. Sürücü saxlanılarkən məlum olub ki, həmin avtomobili idarə etmək üçün onun etibarnaməsi də yoxdur. Bütün bunlar sürücüyə izah olunduqdan sonra və avtomobilin mühafizə olunan duracağa yerləşdiriləcəyi bildirilən zaman o, avtomobili sürərək oradan qaçıb.

Sürücü barəsində toplanılmış bütün sənədlər 41-ci polis bölməsi vasitəsi ilə Səbail rayon Məhkəməsinə göndərilib.

 

Vaqif Əsədov bu cür videoları çəkib sosial şəbəkədə yayan insanlara müraciət edərək bildirib ki, kənardan çəkdikləri videoları yaymazdan öncə nə baş veridiyini dəqiqləşdirsinlər. Baş verən hadisənin səbəbini öyrəndikdən sonra dəqiqləşdirilmiş informasiya yaysınlar ki, insanlar arasında hər hansı bir çaşqınlıq yaranmasın.

 

 

İnterpress.az