Yoluxma niyə artır? – ÜST-dən AÇIQLAMAbackend

Yoluxma niyə artır? – ÜST-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri deyir ki, COVID-19-a yoluxma hallarındakı artım vaksinlərin qeyri-bərabər paylanmasının nəticəsidir.

Afrikada Birinci Beynəlxalq İctimai Sağlamlıq Konfransında çıxış edən ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus deyib ki, ilk COVID vaksinləri tətbiq olunmağa başlayandan bəri artıq bir ildən çox vaxt keçib.

O bildirib ki, bir il öncə biz vaksinlərin bizim hamımıza pandemiyanın uzun, qaranlıq tunelindən çıxmağa yardım edəcəyinə ümid bəsləyirdik:

“Amma əvəzinə pandemiyanın üçüncü ilinə girdiyimiz bir vaxt, ölüm halları üç qat artıb, dünya isə hələ də çətin vəziyyətdədir. COVID-19 5 milyondan çox insanı öldürüb. Və bunlar hələ qeydə alınanlardır.”

Tedros virtual konfrans zamanı bildirib ki, bir deyil, bir neçə vaksinin sürətli şəkildə inkişaf etdirilməsi elmin triumfudur. Ancaq o deyib ki, “vaksinlərin qeyri-bərabər şəkildə paylanması insanlığın iflasıdır.”

ÜST-ün sədri bildirib ki, dünya boyu 8.5 milyard doza vaksin vurulsa da, Afrikada əhalinin yalnız 8 faizi peyvənd olunub.

“Biz tez-tez deyirdik ki, vaksin bərabərsizliyi davam etdikcə, virus heç kəsin qarşısını ala bilmədiyi və ya təxmin etmədiyi sürətdə yayılmağa və mutasiya etməyə davam edəcək. Və indi də qarşımızda “omikron” var,”- o deyib.

Tedros Gebreysus qeyd edib ki, buna baxmayaraq, vaksin paylama proqramları “sürətlənir.” O deyib ki, “COVAX son 10 həftədə ilin ilk doqquz ayı ilə müqayisədə daha çox vaksin göndərib.”    /Modern.az/