Yunanıstan çempionatı bərpa olundu, koronavirus işə qarışdıbackend

Yunanıstan çempionatı bərpa olundu, koronavirus işə qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün üç aylıq fasilədən sonra futbol üzrə Yunanıstan çempionatı bərpa olunsa da, artıq bir oyun təxirə salınıb.

İnterpress.az xəbər verir ki, buna koronavirusa yoluxma hallarının artması səbəb olub.

İyunun 6-da “Ksanti” və “Atromitos” komandaları arasında liqadan düşməmək üçün oynanılacaq görüşün vaxtı dəyişdirilib və oyun sabaha təxirə salınıb.

Buna səbəb 50 min sakinin yaşadığı Ksanti bölgəsində son sutka ərzində yeddi koronavirusa yoluxma halının aşkarlanmasıdır.

 

İnterpress.az