Yunanıstanın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Kostas Franqoyannis İpsala sərhədində Türkiyə ilə Yunanıstan arasında keçidləri asanlaşdıracaq yeni körpünün tikintisinə 2024-cü ildə başlanacağını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Franqoyanni “Parapolitika” qəzetinə müsahibəsində Türkiyə ilə müsbət münasibətləri və aktual məsələləri dəyərləndirib.
Türkiyə ilə ikitərəfli münasibətlərdə həssas mövzulara toxunulmadığına diqqət çəkən Franqoyannis, əlaqələrin “nəqliyyat, ətraf mühit, kiçik və orta sahibkarlıq, turizm kimi iqtisadiyyat və ticarətin 29 sahəsində inkişaf etdiyini” bildirib.
Franqoyannis qeyd edib ki, müsbət gündəliyin ilk üç ilində ikitərəfli ticarətin asanlaşdırılması, turizmin canlandırılması və mülki müdafiə sahələrində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin Nyu-Yorkda keçirdikləri görüşdə ikitərəfli münasibətlərdə müsbət ab-havanın qorunub saxlanması barədə razılığa gəldiklərini xatırladan Franqoyanni deyib:
“Bizim həmsöhbətim olan Türkiyə Xarici İşlər Nazirinin müavini Burak Akçapar ilə görüşümüz Nyu-Yorkda çox güclü bir görüş oldu. Yaxşı və qısa görüşümüz oldu. Bizim ortaq məqsədimiz dekabrın 7-də Salonikidə keçiriləcək Sammitdə müəyyən fəaliyyətlərlə bağlı memorandumlar və razılaşmalar imzalamaqdır”.
Müsbət gündəmin iki ölkə xalqı üçün də əməli faydalar təmin edəcəyini vurğulayan Franqoyannis Ispala sərhəddində nəqliyyat vasitələrinin keçməsi üçün ikinci körpünün tikintisinə 2024-cü ildə başlanılacağını və bu körpünün böyük rahatlıq təmin edəcəyini bildirib.
İqlim böhranı və qeyri-qanuni miqrasiya sahəsində əməkdaşlığın vacib olduğunu deyən Franqoyannis Türkiyə ilə Yunanıstan arasında “sakitliyin” davam edəcəyinə dair optimist olduğunu da qeyd edib.