Yunanıstanda bir kooperativə məxsus 37 ton zeytun yağı oğurlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Yunanıstan mətbuatında yer alan xəbərə görə, Halkidiki bölgəsində fəaliyyət göstərən bir kooperativin anbarından 37 ton zeytun yağı oğurlanıb.
Zərərin 370 min avrodan çox olduğu təxmin edilir.
Bu il Yunanıstanda zeytun yağı istehsalında təxminən yüzdə 40 azalma gözlənilir.
İtaliya və İspaniyada hasilatın azalması səbəbindən bir kiloqram zeytun yağının satış qiymətinin 10 avroya çata biləcəyi proqnozlaşdırılır.