Yunanıstanda aksiyada 39 nəfər saxlanılıbbackend

Yunanıstanda aksiyada 39 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın paytaxtı Afinada polis Attiki bölgəsində elan edilən nümayişlərə qadağaya qarşı çıxan, ifrat sağçı ekstremistlərin və antifaşistlərin hərəkətə çağırışlarında iştirak edən və təhlükəsizlik qüvvələri ilə döyüşənlərdən 39-nu saxlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Yunan Polis Xidmətinin verdiyi açıqlamaya görə, Viktoriya Meydanı və Monastiraki.Afinada polislə dava edən fəallar və Afina və ətraflarında aparılan yoxlamalar zamanı şübhəli görünənlər də daxil olmaqla 39 nəfər saxlanılıb.

Yunan məhkəməsi tərəfindən cinayət təşkilatı elan edilən irqçi Qızıl Şəfəq Partiyasından 2 nəfərin öldürülməsinin 10-cu ildönümündə ifrat sağçı qruplar tərəfindən edilən hərəkət çağırışı ilə Neo İraklio rayonunda toplaşmağa çalışan aktivistlər qarşılaşıb.

İfrat sağçı qrupların hərəkətə keçmə çağırışına cavab olaraq eyni yerdə “əks hərəkət” çağırışı ilə görüşəcəklərini vəd edən antifaşist qruplar da polisin maneəsi ilə üzləşib.

Afinanın mərkəzindəki Viktoriya meydanında Neo İrakliodan qayıdan bəzi insanlarla polis arasında dava düşüb.

Monastiraki meydanında ifrat sağçılarla antifaşist qruplar arasında dava düşüb. Polis bibər qazı ilə izdihamı dağıtmağa çalışıb.