Yunanıstanda pis hava şəraiti səbəbiylə bir çox bölgədə vətəndaşlardan lazım olmadıqca çölə çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mülki müdafiə bölməsindən Ahaia, Ithaki, Zakinthos, Kefalonia, Fthiotida, Viotia, Magnisia, Kardiça və Euboea’nın şimalında olanların cib telefonlarına göndərilən təcili kodlu mesajda, mənfi hava şəraitinin hökm sürəcəyi ifadə edilib.
Kalavritada dolu səbəbindən bir çox avtomobilə ziyan dəyib.
Trikala və Yanyada sürüşmə səbəbindən bəzi yollar bağlanıb.
Mütəxəssislərin bu həftə Yunanıstana təsir edəcəyi gözlənilən “Elias” adlandırdığı pis hava cərəyanı ilə əlaqədar ölkə daxilində güclü yağış və tez-tez ildırım çaxması gözlənilir.
Sentyabrın əvvəllərində yağan leysan yağışlar nəticəsində 750 min dekardan çox ərazini su basdığı daşqınların yaşandığı Tesaliya bölgəsi leysan yağışların gözlənilən bölgələri sırasındadır.