Yunanıstanda meşə yanğını qurbanlarının sayı artıbbackend

Yunanıstanda meşə yanğını qurbanlarının sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda meşə yanğınları qurbanlarının sayı artaraq, iki nəfərə çatıb.

Bu barədə “BBC News” bildirib.

Məlumata görə, Afina Ticarət Palatasının prezidenti Konstantinos Mixalos təbii fəlakətin ikinci qurbanı olub. Onun meyiti alovlanma yerinin yaxınlığında tapılıb.

Daha əvvəl meşə yanğınları nəticəsində aşmış elektrik dirəyinin zərbəsindən bir nəfərin həlak olması barədə bildirilib.

Yanğınlar nəticəsində həmçinin daha 20 nəfər xəsarət alıb.

Qeyd edilir ki, ölkənin altı rayonu yüksək hazırlıq vəziyyətinə gətirilib.

Ən güclü yanğınlar Afinanın şimalında başlayıb, ölkədə ümumilikdə 154 alovlanma mərkəzi qeydə alınıb.

Yunanıstan hakimiyyəti və Avropa Birliyi yanğınları iqlim dəyişikliyinin nəticəsi adlandırıb.

Qeyd edək ki, meşə yanğınları həmçinin Türkiyədə, İtaliyada və Şimali Makedoniyada da tüğyan edir.