Yunanıstanda yaşayış evini qarət edən iki Gürcüstan vətəndaşı saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, sözügedən şəxslər yaşayış korpusundan vətəndaşlara məxsus özəl əşyaları oğurlayıblar. Polis hadisədən dərhal sonra soyğunçuları isti izlərlə həbs edib.
Onların üzərindəki bıçaq və digər kəsici alətlər müsadirə edilib.
Təqsirləndirilən şəxslər barədə istintaq başladılıb.