Yunanıstanda paytaxt Afina da daxil olmaqla ölkə daxilində tarixi evlər baxımsızlıq səbəbindən uçmaq təhlükəsi ilə üzləşib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yunanıstan mətbuatında əksini tapan xəbərə görə, 1500-ü paytaxt Afinada olan təxminən 20 min tarixi ev taleyinə tərk edilib.
Ev sahibləri ilə səlahiyyətlilər arasında razılıq əldə olunmadığından bu tarixi evlərdə bərpa işləri aparıla bilmir.
Baxımsızlıq ucbatından hər an uçmaq təhlükəsi ilə üzləşən tarixi evlər yerli vətəndaşlar və turistlər üçün böyük təhlükə yaratmaqla yanaşı, turizm sektoruna və investorlara mənfi təsir göstərir.
2022-ci ildə Larissa şəhərində bir tələbə köhnə evin uçması nəticəsində divarın altına düşərək həyatını itirmişdi.