“Yuventus” klubunun baş məşqçisi A Seriyasında 300-cü qələbəsini qazanıbbackend

“Yuventus” klubunun baş məşqçisi A Seriyasında 300-cü qələbəsini qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Massimiliano Alleqri A Seriyasında 300-cü qələbəsini qazanıb.

İnterpress.az-ın məlumatına görə, bu, XXI turda “Leççe” ilə oyuna təsadüf edib.

Rəqib üzərində 3:0 hesablı qalibiyyət 56 yaşlı mütəxəssisin karyerasında 300-cü olub. O, İtaliya çempionatında bu həddə çatan üçüncü məşqçidir. Alleqri hazırda qələbə sayında yalnız Covanni Trapattoni (352) və Nereo Rokkodan (302) geri qalır.

Qeyd edək ki, Massimiliano Alleqri daha əvvəl İtaliya yüksək liqasında “Milan” və “Kalyari”də çalışıb. “Yuventus” hazırda onun rəhbərliyi altında 52 xalla A Seriyasında turnir cədvəlinə başçılıq edir.