Rusiyada yuxu arteriyasının mürəkkəb zədələnməsi olan xəstə xilas edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Moskvada yuxu arteriyasının mürəkkəb zədələnməsi olan xəstəni xilas etmək mümkün olub. Buna nail olmaq üçün rekonstruktiv əməliyyat aparılıb. Bu, tibbi praktikada olduqca nadir bir müdaxilədir.
Əməliyyatın keçirildiyi “İnozemtsev” xəstəxanasında ilk dəfə həyata keçirilib. Həkimlər əməliyyat otağında 8 saatdan çox vaxt keçiriblər.
Şəhər hakimiyyətinin dediyinə görə, həkimlər zədələnmiş ərazidən yan keçərək beyinə qan tədarükü üçün yeni yol formalaşdırıblar. Xəstənin qolundan götürülmüş 20 santimetr uzunluğunda donor damardan istifadə edərək sağlam arteriyalar birləşdirilib.
Həmin şəxs artıq evə buraxılıb.
Xuraman Etibarlı
İnterpress.az