Zakir Fərəcov Türkiyə bayrağını və şəhid plakatını sökdürür – VİDEObackend

Zakir Fərəcov Türkiyə bayrağını və şəhid plakatını sökdürür – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun tapşırığı ilə Tovuz hadisələri zamanı şəhid olan general Polad Həşimov və başqalarının xatirəsinin anılması üçün Sumqayıtda ucaldılan plakatın və Türkiyə bayrağının sökülməsinə cəhd olunub.

Həmin hadisəni törətmək istəyənlər özlərini rəsmi qurumların əməkdaşları kimi təqdim edib və addımı rayon rəhbərliyinin göstərişi ilə atdıqlarını bildiriblər.

Hadisə Sumqayıt şəhərinin 12-ci mikrorayonunda baş verib. Əraziyə gələn İcra Hakimiyyətinin işçiləri Azərbaycan bayrağı qədər bizə əziz olan, şərəfimizi tərənnüm edən Türkiyə bayrağını endirməyə cəhd ediblər.

Zakir Fərəcovun həssas bir məqamda belə addım atması maraqlı görünür. Məlumdur ki, ölkə başçısı bir neçə gün əvvəl, Yunanıstanın ölkəmizə yeni təyin edilmiş səfirinin etimadnaməsini qəbul edərkən Türkiyəni diplomatik ifadələrlə deyil, açıq mətnlə müdafiə etmişdi. Sitat:

“Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Göründüyü kimi, ölkə başçısı Rusiya kimi bir qonşumuzun Ermənistanı silahlandırdığını da bir neçə dəfə açıq ifadə edib. Belə dar məqamda bizə birmənalı dəstəyi verən ölkə Türkiyədirsə və bu dövlət başçısının siyasətində, nitqlərində ifadə olunursa, Zakir Fərəcov niyə bu münasibətlərə özfəliyyətilə xələl salmaq istəyir?

İnterpress.az