Zakir Həsənov Çin rəsmisi ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edibbackend

Zakir Həsənov Çin rəsmisi ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasına işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik HI Veydon ilə görüşüb.

Bu barədə İnterpress.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.