Zaxarova: Rusiya nasist ideologiyasını təbliğ edən sənətçiləri qəbul etmirbackend

Zaxarova: Rusiya nasist ideologiyasını təbliğ edən sənətçiləri qəbul etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya nasist ideologiyasını təbliğ edənlər istisna olmaqla, sənətçilərin üzünə qapılarını bağlamır.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kanye Uestin mümkün konserti ilə bağlı danışarkən bildirib.

Zaxarovanın sözlərinə görə, Rusiya müxtəlif sənətçilərin ölkəyə gəlməsinə qarşı deyil, lakin nasist ideologiyasını qəbul edən şəxslər üçün bu imkan nəzərdə tutulmur.

Diplomat Kanye Uestin Adolf Hitleri təriflədiyi performansı “şokedici” adlandırıb və həmin çıxışı kəskin şəkildə tənqid edərək deyib ki, yalnız “xəstəxanalarda olan ruhi xəstələr divara belə bir şey çəkərlər”.

Xuraman Etibarlı

İnterpress.az