Zəfər abidəsi kompleksi belə olacaq – VİDEObackend

Zəfər abidəsi kompleksi belə olacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.
Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək. Sputnik Azərbaycan xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətindən APA-ya binanın söküləcəyini təsdiqləyiblər.
Bildirilib ki, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. İcra hakimiyyətindən əlavə ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir.
Qeyd edək ki, “Zəfər” abidəsinin əsas simvolu Vətən müharibəsinin – “Dəmir yumruq” əməliyyatının adından götürülən Dəmir yumruqdur. Abidə özündə qazandığımız möhtəşəm qələbənin əsas faktorlarından olan xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx yumruq şəklində birləşməsini və sarsılmaz həmrəyliyini ehtiva edir.