Zelenski beynəlxalq ictimaiyyəti Üçüncü Dünya müharibəsinə yol verməməyə çağırıbbackend

Zelenski beynəlxalq ictimaiyyəti Üçüncü Dünya müharibəsinə yol verməməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsanlarımızın qida, su, elektriklə təminatında ciddi problemlər var”.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya parlamentində çıxışı zamanı deyib.

“Ruslar uşaqlar, qadınlar və qocalar da daxil olmaqla hər kəsi hədəf alırlar. Humanitar yardımların ərazilərə daxil olmasına, bizim vətəndaşlarımızı qorumağımıza imkan vermirlər”, – dövlət başçısı vurğulayıb.

O, beynəlxalq ictimaiyyətə müraciət edərək Üçüncü Dünya müharibəsinə yol verməməyə çağırıb: “Növbəti dünya müharibəsinə icazə verilməməlidir. Biz başqa bir ölkənin itaətində olmaq istəmirik”, – o bildirib.