Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampla görüşə gəlib. Bu, artıq Zelenskinin Ağ Evə beşinci səfəridir.
Sonuncu dəfə Ukrayna lideri Trampla dekabrda Parisdə Fransa prezidenti Emmanuel Makronun təşkil etdiyi Notr-Dam kilsəsinin yenidən açılışı zamanı görüşüb.
Prezidentlər Ukraynada nadir torpaq metallarının çıxarılmasına dair saziş imzalamalıdırlar.
Xuraman Etibarlı
İnterpress.az