Zurabişvili müxalifət lideri kimi uğursuzluğa düçar olub – Gürcü siyasətçibackend

Zurabişvili müxalifət lideri kimi uğursuzluğa düçar olub – Gürcü siyasətçi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili müxalifət lideri kimi uğursuzluğa düçar olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat” Partiyasının üzvü Ana Tsitlidze Palitra telekanalının efirində bildirib.

“Salome ilə görüşlərə gedəndə və orada iştirak edəndə heç bir gözləntimiz yox idi, amma ictimaiyyət hər şeyi özü görməli idi.

Yadımdadır, Salome mitinqlərə gedəndə ona “kraliça” deyirdilər, Salome Zurabişvilinin nəsə edəcəyini düşünürdülər”, – o deyib.

Onun sözlərinə görə, “Vahid Milli Hərəkat” Zurabişvilinin hələ də hakim partiyanın tərəfində olduğu zaman “keçmiş həyatından” açıqlamalarına və hərəkətlərinə, partiya üzvlərinə qarşı yönəlmiş şəxsi hücum və təhqirlərə baxmayaraq, müxalifətin birliyi naminə toplantılara qatılıb.

Xuraman Etibarlı

İnterpress.az