1,76 milyard dollarla dünyanın ikinci ən böyük lotereyası ABŞ-da öz sahibini tapıbbackend

1,76 milyard dollarla dünyanın ikinci ən böyük lotereyası ABŞ-da öz sahibini tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya ştatında bir şəxs dünya tarixində ikinci ən böyük cekpot olan 1,76 milyard dollarlıq “Powerball” cekpotunu qazanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. The California Lottery lotereya təşkilatının açıqlamasına görə, hələlik kimliyi açıqlanmayan şəxs ABŞ-ın Kaliforniya ştatında 36 həftə qalib gəldi.Dəfələrlə oynanılan “Powerball”da baş mükafatı qazandı.

İndiyədək keçirilən 36 tirajda qalib müəyyən olunmadığı üçün transfer edilərək artan və cəmi 1,76 milyard dollara çatan uduşun bileti əyalətdəki “Midway” adlı marketdən alınıb.

Baş mükafatın qalibi 30 il müddətinə ödənilməyə razı olduğu təqdirdə bütün məbləği və ya birdəfəlik ödənişə üstünlük verərsə, 774,1 milyon dollar alacaq.

ABŞ tarixində ən böyük lotereya cekpotu 2022-ci ilin noyabrında 2,04 milyard dollarlıq Powerball lotereyası olub.

ABŞ-ın 45 ştatında oynanan Powerball-da qalib gəlmək şansının 292,2 milyonda bir olduğu bildirilir.