Tatyana Kim Avropa İttifaqının sanksiya siyahısına salınacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
“Wildberries” şirkətinin rəhbəri Tatyana Kim Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyalar siyahısına daxil ediləcək. Bu barədə Fransanın xarici işlər naziri bəyanat verib.
Fransalı nazirin sözlərinə görə, Kim Aİ-nin təsdiqləməyə hazırlaşdığı yeni məhdudiyyətlər paketinə əlavə olunacaq.
Qeyd edək ki, noyabrın 11-də Avropa İttifaqına üzv dövlətlərin səfirləri Rusiyaya qarşı növbəti sanksiyalar paketini ilkin olaraq razılaşdırıblar.
Xuraman Etibarlı
İnterpress.az






