Milli Məclisdə Azərbaycanın mədəni diplomatiyasının prioritetləri müzakirə olunubbackend

Milli Məclisdə Azərbaycanın mədəni diplomatiyasının prioritetləri müzakirə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə Azərbaycanın mədəni diplomatiyasının prioritetləri müzakirə olunub.

İnterpress.az xəbər verir ki, noyabrın 13-də Bülbül Fondunda Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Müzakirələr Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun açılış nitqi ilə başlayıb.

Tədbirdə Azərbaycanın mədəni diplomatiyasının beynəlxalq əhəmiyyəti, Bakı Prosesinin qlobal dialoqa verdiyi töhfələr, milli-mədəni irsimizin dünyada tanıdılması və bu sahədə gələcək prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, Azərbaycanın mədəni diplomatiyası xalqlar arasında qarşılıqlı etimadın, sülhün və mədəniyyətlərarası əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.