Barselona polisi mənzil böhranına etiraz edənlərin düşərgəsini SÖKDÜ – VİDEObackend

Barselona polisi mənzil böhranına etiraz edənlərin düşərgəsini SÖKDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barselonada mənzil böhranına etiraz edənlərin düşərgəsi dağıdılıb.

İnterpress.az xəbər verir ki, bu barədə RTVE telekanalı məlumat yayıb.

İspaniyanın Barselona şəhərində polis qüvvələri mənzil böhranına və kirayə haqlarının həddindən artıq yüksək olmasına qarşı etiraz edən vətəndaşların qurduğu çadır düşərgəsini ləğv edib.

EFE agentliyinin yaydığı məlumata görə, polisin düşərgəyə müdaxiləsi zamanı ərazidə təxminən 300 nəfər olub.

Həmin şəxslərin böyük hissəsinin mənzilsiz və sığınacaqsız qalmış vətəndaşlardan ibarət olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az