Rusiyalı reper Skalli Milanonun Varşavadakı konserti təhqiramiz sözlərə görə ləğv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.
Rusiyalı reper “Skally Milano”nun (Skalli Milano) Polşanın paytaxtı Varşavada nəzərdə tutulan konserti ləğv olunub.
Buna səbəb ifaçının mahnılarından birində polyak qadınları barəsində səsləndirdiyi və faşistlərin tarixi cinayətləri ilə müqayisə etdiyi təhqiramiz ifadələrin yerli ictimaiyyətdə ciddi qəzəb doğurması olub.
Məlumata görə, konsertin keçirilməsinə qarşı Polşa Milli Operası və Mədəniyyət Nazirliyinin rəsmiləri də qəti etiraz bildiriblər.
Onlar Ukraynadakı müharibə və Rusiyanın Polşaya qarşı düşmənçilik hərəkətləri nəzərə alınmaqla konserti qəbuledilməz hesab etdilər.
Xuraman Etibarlı
İnterpress.az






