“13-cü maaş” VERİLMƏYƏCƏK: Narazılıq edənlər işdən QOVULACAQbackend

“13-cü maaş” VERİLMƏYƏCƏK: Narazılıq edənlər işdən QOVULACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada işçilər “13-cü maaş”dan məhrum edilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada şirkətlərin böyük əksəriyyəti bu il əməkdaşlarına Yeni il ərəfəsində “13-cü maaş” kimi tanınan ənənəvi bayram mükafatları və bonusları ödəməyi planlaşdırmır.

Üstəlik, rəhbərliklərin mükafatların kəsilməsindən narazılıq edən işçiləri, hətta vəzifələrinin öhdəsindən layiqincə gəlsələr belə, işdən çıxarmağa hazır olduqları bildirilir.

İnsan resursları (HR) üzrə mütəxəssislər qeyd edirlər ki, hazırkı vəziyyətdə işçilər üçün ən əlverişli strategiya əməkhaqqının azalmasına baxmayaraq sadəcə iş yerini qoruyub saxlamaqdır.

Ekspertlər iqtisadi reallıqların şirkətləri xərcləri azaltmağa məcbur etdiyini və narazı əməkdaşların asanlıqla əvəzlənə biləcəyini vurğulayırlar.

Xuraman Etibarlı

İnterpress.az