Ukraynalı deputat qadınların da döyüşə cəlb olunmasını tələb edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya qadınların da cəbhəyə yollanmasının vacibliyini və hər bir məktəblinin pilotsuz uçuş aparatlarını (dronları) idarə etməyi öyrənməli olduğunu bildirib.
Deputatın sözlərinə görə, Ukrayna cəmiyyəti uzunmüddətli və davamlı müharibəyə tam hazır olmalıdır.
O qeyd edib ki, ölkədə hərbi təlim və hazırlıq prosesinə hələ məktəb partasından başlanılmalı, gənclərə müasir müharibənin tələb etdiyi bacarıqlar erkən yaşlardan aşılanmalıdır.
Xuraman Etibarlı
İnterpress.az






