Ukraynada 14 yaşlı məktəbli 60 yaşlı kişidən uşaq dünyaya gətirib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukraynanın Jitomir vilayətində 14 yaşlı məktəbli qız 60 yaşlı kişidən uşaq dünyaya gətirib. Kişinin qızın yaşını bilməsinə baxmayaraq, onunla dəfələrlə cinsi əlaqədə olduğu bildirilir.
Məlumata görə, 2026-cı ilin yazında qız övladı dünyaya gələn məktəbli ilə 60 yaşlı kişi ailə qurmağa da cəhd ediblər. Lakin gəlinin yetkinlik yaşına çatmaması səbəbindən nikahlarına icazə verilməyib.
Bundan sonra onlar birlikdə yaşamağa davam edib, kişi qızı və uşağı maddi cəhətdən təmin edib.
Məhkəmə prosesində məktəbli, onun qanuni nümayəndəsi və prokuror kişinin həbs edilməməsini, ona şərti cəza verilməsini istəyiblər.
Nəticədə məhkəmə 60 yaşlı kişiyə iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.
Xuraman Etibarlı
İnterpress.az






