Hindistanda bir meymun evinin yaxınlığında qadını vəhşicəsinə dişləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Hindistanda vəhşi meymun öz evinin yaxınlığında olan qadına qəfil hücum çəkərək ona ağır bədən xəsarətləri yetirib.
Aqressiv heyvan qadının üzərinə atılaraq onu dəfələrlə dişləyib və bədənində dərin yaralar açıb.
Hücum nəticəsində çoxlu qan itirən və ciddi xəsarətlər alan qadın yaxınlarının köməyi ilə dərhal xəstəxanaya çatdırılaraq həkim nəzarətinə götürülüb.
Ərazidə vəhşi meymunların sakinlərə qarşı təhlükə yaratması ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Xuraman Etibarlı
İnterpress.az






