Elektron siqaret çəkən yeniyetmənin ağciyəri PARTLADIbackend

Elektron siqaret çəkən yeniyetmənin ağciyəri PARTLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqdan olan yeniyetmə veyp çəkdiyinə görə ağciyərləri partlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqda elektron siqaretdən (veyp) istifadə edən yeniyetmə qızın ağciyəri partlayıb.

Həkimlərin bildirdiyinə görə, daxili orqanın partlayaraq yırtılması üçün azyaşlı məktəbliyə elektron siqaretdən cəmi bir neçə dəfə qullab vurmaq kifayət edib.

Mütəxəssislər idmanla aktiv məşğul olan digər bir məktəblinin də analoji problemlə üzləşdiyini qeyd edirlər. Həmin yeniyetmə sadə fiziki hərəkətlər zamanı boğulmağa başlayıb.

Müayinə nəticəsində onun ağciyərlərində elektron siqaret mayelərindən yığılan kimyəvi rəngləndirici maddələr aşkar edilib.

Həkimlər uşaqların artıq 10 yaşından etibarən bu vərdişə qurşandığını bildirirlər.

Qeyd olunur ki, son statistikaya əsasən, qızlar arasında veyp istifadəsi səkkiz dəfə, oğlanlar arasında isə təxminən üç dəfə artıb.

Xuraman Etibarlı

İnterpress.az