Meksikada ailə əlil oğlunu küçənin ortasında atıb qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə Meksika mediası məlumat yayıb.
Meksikada bir ailə baxmaqdan və qulluq etməkdən bezdiyi yetkinlik yaşına çatmış fiziki məhdudiyyətli oğlunu küçənin ortasında tərk edib.
Əlində təkcə bir çanta təmiz paltar olan köməksiz kişi şəhərin mərkəzində təkbaşına qalaraq göz yaşları içində anasını haraylayıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, qohumları gənci maşından düşürərək dərhal hadisə yerindən uzaqlaşıblar. Yoldan keçən sakinlər vəziyyəti anlayaraq təcili polisə müraciət ediblər.
Hazırda hüquq-mühafizə orqanları əlil övladından bu cür qeyri-insani yolla yaxa qurtarmağa çalışan ailə üzvlərinin axtarışını davam etdirir.
Xuraman Etibarlı
İnterpress.az






