Ötən gün axşam saatlarında fəaliyyəti dayandırılan “Bakı Metropoliteni” QSC bir neçə dəqiqə bundan əvvəl fəaliyyətini bərpa edib.
Bu barədə İnterpress.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Belə ki, bu gün səhər saatlarından Bakı Metropolitenində bərpa işləri aparıldığından qatarlar test rejimində fəaliyyət göstərdikdən sonra metro öz işini bərpa edib.
Qeyd edək ki, 03 iyul 2018-ci il tarixində \”Azərbaycan\” İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranmışdı.
Nəticədə iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb. Bakı metrosunda elektrik enerjisinin kəsildiyinə görə qatarlar tuneldə qalıb və sərnişinlər qısa müddətdə təxliyyə olunublar.
Səid Qərib
İnterpress.az