Bakı Nəqliyyat Agentliyi metrostansiyaların ətrafında sərnişinlərə su paylanılmasını təşkil edib.
İnterpress.az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında deyilir.
\”Sərnişinlərin anomal isti hava şəraitində dayanacaqlarda gözləməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) müxtəlif metrostansiyaların ətrafında və Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərə su paylanılmasını təşkil edib. Bir daha bəyan edirik ki, sərnişinlərimizin rahatlığı BNA-nın önəm verdiyi məsələlərdəndir və bunun üçün zəruri olan tədbirlər görülməkdədir\”, – qurumun açıqlamasında deyilir.
İnterpress.az