“Ölkədə yoxsulluğun ləğvinə tam nail olunub” – Oqtay Şirəliyevbackend

“Ölkədə yoxsulluğun ləğvinə tam nail olunub” – Oqtay Şirəliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun iştirakı ilə \”BMT-nin dayanıqlı inkişaf məqsədlərində səhiyyə islahatları\” mövzusunda keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkədə 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb, ana ölümü isə əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib.

O.Şirəliyev qeyd edib ki, Azərbaycanda ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib:

\”Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə yoxsulluğun ləğvinə, əsas sosial problemlərin tam həllinə nail olunub. Bəşəriyyətin gələcəyi naminə Azərbaycan hökuməti bundan sonra da tərəfdaşları ilə əməkdaşlıq edəcək. Əminəm ki, qarşımızda duran bütün məqsədlərə nail olacağıq\”.

İnterpress.az