Baş nazir “Qaçqınkom”un kollegiyasının yeni tərkibini təsdiqlədibackend

Baş nazir “Qaçqınkom”un kollegiyasının yeni tərkibini təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının üzvləri 7 nəfərdən ibarətdir.

Kollegiyanın tərkibi belədir: Kollegiyanın sədri Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.

Kollegiyanın üzvləri: Gəray Fərhadov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Fuad Hüseynov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Etibar Abdullayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, Tofiq Şamilzadə – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin maliyyə-mühasibat şöbəsinin müdiri, Sənan Hüseynov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri, Natiq Hüseynov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru.

İnterpress.az