İlham Əliyev 2 sərəncam imzaladıbackend

İlham Əliyev 2 sərəncam imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Canəhmədov Anar Əhəd oğlu

Həbibli Gültəkin Fazil qızı

Kərimov Emil Zülfüqar oğlu

“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə

Abdullayeva Leyla Yaşar qızı

Hacıyev Hikmət Fərhad oğlu

Süleymanov Nüsrət Süleyman oğlu

Şahhüseynov Elnur Sultan oğlu.

***

İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə teatr sənətinin inkişafına töhfələr vermiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İnterpress.az