Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Avropaya rəsmi səfəri başlayıb.
İnterpress.az xəbər verir ki, komitə sədri \”Business Class\” bölməsi olmayan sərnişin təyyarəsi ilə Avropaya rəsmi səfər edib.
F.Muradovun sadə sərnişinlərlə birlikdə eyni təyyarədə olması maraqla qarşılanıb. Komitə sədrinin bu sadəliyi təyyarədəki sərnişinlərin marağına səbəb olub.
Qeyd edək ki, F.Muradov sadəliyi ilə cəmiyyətinin rəğbətini qazanan dövlət məmurlarından biridir.
İnterpress.az