İnterpress.az xəbər verir ki, Bakı şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, cinayət işi üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilb ki, binanın 3-cü girişində quraşdırılmış sərnişin lifti aşağı istiqamətdə hərəkətdə olarkən 5-ci mərtəbədən başlayaraq surətlə 1-ci mərtəbəyə düşüb.
Hadisə nəticəsində ölüm və ciddi xəsarət alma halları baş verməyib.
Hazırda iş üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
İnterpress.az