Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının birinci və ikinci mərhələlərinin yekun nəticələri məlum olub.
İnterpress.az xəbər verir ki, DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən buraxılış imtahanlarının nəticələri haqqında məlumat verilib.
Eyni zamanda, yekun attestasiyanın aparılması qaydaları, eləcə də qeyd edilən istiqamətlər (zonalar) üzrə keçirilən imtahanlarda istifadə olunan test tapşırıqları – xüsusilə şagirdlərin cavab verməkdə çətinlik çəkdikləri suallarla bağlı ekspertlər tərəfindən məlumat verilib.
Qeyd edək ki, buraxılış imtahanları, eləcə də DİM-in ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı verilən suallar da ekspertlər tərəfindən cavablandırılıb.
Daha ətraflı aşağıdakı videomaterial vasitəsilə izləyə bilərsiniz.
Səid Qərib
İnterpress.az