Nabranda itkin düşən uşaq tapıldı – AÇIQLAMA – ÖZƏLbackend

Nabranda itkin düşən uşaq tapıldı – AÇIQLAMA – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu tapılıb.

Bu barədə İnterpress.az-a azyaşlının yaxın qohumları məlumat verib.

\”Uşaq tapıldı. Sevincimizin həddi-hüdudu yoxdur. Hazırda valideynlərinin yanındadır. Sağ salamatdır. Hər şeyq qaydasındadır. Çox şükürlər olsun. Başımız qarışıqdır deyə, ətraflı məlumat verəcəyik\” – deyə, məlumatda bildirilib.

Qeyd edək ki, iyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu itkin düşüb. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.

Səid Qərib
İnterpress.az