Bakı- Dairəvi avtomobil yolunda bu gün saat 14:00–dan axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.
Bu barədə İnterpress.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agemtliyindən (AAYDA) məlumat verilib.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
İnterpress.az