1000-ə yaxın şəxs Şamaxı Rəsədxanasına getdibackend

1000-ə yaxın şəxs Şamaxı Rəsədxanasına getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, rəsədxanadan Modern.az-a verilən məlumata görə, bu təbiət hadisəsini izləmək üçün Şamaxı Astrofizika Rəsədxanası tərəfindən 2 böyük və 1 balaca teleskop ayrılıb.

Gecə saatlarından başlayaraq 1000-ə yaxın xarici və yerli qonaq rəsədxanaya gəlib.

Müşahidə prossesinin yüksək səviyyədə təşkili üçün rəsədxana əməkdaşları bu işə cəlb edilib.

Adı çəkilən təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlayıb, 02:19-da başa çatıb.

Teleskoplarda müşahidə gələn qonaqlarda xoş təəssürat yaradıb.

Qeyd edək ki, tutulma prossesi zamanı rəsədxananın 2 m-lik teleskopunda Mars planetinin elmi məqsədlər üçün spektral müşahidəsi də aparılıb.

İnterpress.az