Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti Azərbaycanın işğal altında olan rayonları üçün nəzərdə tutulmuş avtobus marşrutlarında yeni tarifləri açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O qeyd edib ki, müvəqqəti olaraq gedə bilmədiyimiz ərazilər üçün də yeni tariflər müəyyənləşdirilib.
Belə ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpaqlarına hərəkət edən avtobus marşrutlarında yeni tarif 8 manatdan (Cəbrayıl rayonu, 335 km) başlayır.
\”Müvəqqəti olaraq gedə bilmədiyimiz ərazilərimiz üçün avtobus marşrutlarına tətbiq olunan yeni tariflərdə hər kilometrə görə 2.4 qəpik nəzərdə tutulub\” – deyə, məlumatda vurğulanır.
Qeyd edək ki, tariflər Bakı şəhərindən hesablanan məsafələr üçün nəzərdə tutulub.
İnterpress.az Dağlıq Qarabağ rayonları üçün tətbiq edilmiş yeni tariflərin cədvəlini təqdim edir:
Səid Qərib
İnterpress.az