İnterpress.az xəbər verir ki, bunu musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin informasiya bölməsinin rəisi, polis polkovniki İlham Babayev bildirib.
O deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən belə bir hadisə qeydə alınmayıb.
İ.Babayev mətbuatı bu kimi xəbərləri hazırlayarkən həssas yanaşmağa çağırıb.
DİN-in Mətbuat xidmətinin Qərb Regional Qrupundan da \”Report\”un yerli bürosuna bildirilib ki, yayılan video təxribat xarakteri daşıyır: \”Hadisəsinin guya Gəncə şəhərində baş verməsi tamamilə yalandır\”.
Qeyd edək ki, yayılmış video görüntülərdə hicablı qadının dükanda bir kişi tərəfindən diri-diri yandırılması əks olunur. Bəzi xəbər saytları həmin hadisənin Gəncə şəhərində baş verdiyini iddia edib.
İnterpress.az