Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller azərbaycanlı müğənni Emin Ağalarovu dindirmək niyyətindədir. İnterpress.az xəbər verir ki, bu barədə müğənninin vəkili Skott Balber bildirib.
Vəkil qeyd edib ki, hələlik bu istiqamətdə danışıqlar gedir: \”Danışıqlar gedir… Hələlik nələrin baş verəcəyi bilinmir\”.
Müllerin ofisində isə bu məlumatı şərh etməyiblər.
Qeyd edək ki, Emin Ağalarovu ABŞ-da seçkilərə müdaxilə etmək cəhdində ittiham ediblər. Bunun üçün arqument isə Ağalarovun şəxsən ABŞ prezidenti Donald Trampla tanışlığı olub. Lakin Emin Ağalarov bunu ittihamı qətiyyətlə təkzib edir. (spitnik.az)
İnterpress.az