İnterpress.az xəbər verir ki, bunu İran parlamentinin Daxili işlər üzrə komissiyasının üzvü Əbülfəzl Əbuturabi bildirib.
“20 deputat məhkəməyə müraciət edərək İran Mərkəzi Bankının keçmiş direktoru Vəliullah Seyfinin ölkədən çıxmasının qadağan olunmasını istəyib. Onun uşaqları xarici ölkədədir. Hətta ikili vətəndaşlıqlarının olduğu ehtimal edilir”, – Ə.Əbuturabi vurğulayıb.
Onun sözlərinə görə, keçmiş direktorun ailə üzvləri hazırda Avstraliyada yaşayır.
Qeyd edək ki, bu günlərədə İran prezidenti onun yerinə Mərkəzi Banka Əbdünnasir Himmətini təyin edib.
Onu da qeyd edək ki, bundan əvvəl ran Mərkəzi Bankının Valyuta Şurasının sədr müavini Əhməd Əraqçi həbs olunub.
Onunla yanaşı, daha üç nəfər həbs olunub. İslam Respublikası məhkəməsinin sözçüsü Qulamhüseyn Möhsün Ejeyinin sözlərinə görə, onlara qarşı korrupsiya ittihamı irəli sürüləcək.
Ə.Ərakçi bu yaxınlarda korrupusiyada iştirakda şübhəi bilindiyi üçün tutduğu vəzifədən azad edilib. (report)
İnterpress.az