Jurnalist Seymur Kazımov bildirib ki, Mehman Hüseynovun anasının nəşi sabah 7 avqust saat 11:00-da Qaraçuxur qəsəbəsində F.Kərimzadə küç. ev33/1-dən götürüləcək və Suraxanı məzarlığında dəfn ediləcək.
Hüzr məclisi sabah dəfindən sonra (saat 11:00-da qadınlar və 14:00-da kişilər üçün) Qaraçuxur qəsəbəsi Əhməd Mehralıyev küç 27/31 ünvanındakı mərasim evində keçiriləcək.
Penitensiar Xidmətin əməkdaşları Mehmanı bu gün saat 22:00-da həbsxanaya aparıb və sabah 09:00-da dəfnə gətirəcəklərini bildiriblər.
İnterpress.az