“ABŞ-da həbs olunan şəxslər Azərbaycan vətəndaşlarıdır” – XİNbackend

“ABŞ-da həbs olunan şəxslər Azərbaycan vətəndaşlarıdır” – XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KIV-in sorğusuna cavab olaraq bildirib.

H.Hacıyev deyib: \”ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinə bu barədə məlumat verilib.

Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır\”.

Qeyd edək ki, ABŞ-da Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya, eləcə də Azərbaycan vətəndaşlarından ibarət cinayətkar qrup saxlanılıb. Dəstə üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunur.

İnterpress.az